2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

“BMT-nin Uşaq hüquqları Konvensiyası” adlı maarifləndirici vəsait hazırlanıb

07-11-2024
IMG

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) genişmiqyaslı fəaliyyətində uşaq hüquqlarının müdafiəsi və təbliği mühüm yer tutur.

Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, Səbinə Əliyevanın təşəbbüsü ilə uşaq hüquqlarının təbliği sahəsində fəaliyyətin davamı olaraq elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində BMT-nin Uşaq Fondunun Azərbaycandakı Nümayəndəliyi ilə birgə əməkdaşlıqda “BMT-nin Uşaq hüquqları Konvensiyası” adlı maarifləndirici vəsait hazırlanıb.

Vəsaitdə “Uşaq hüquqları haqqında” Konvensiyada təsbit olunmuş maddələr uşaqlar üçün anlaşılan dildə təqdim edilib.

Nəşr barədə daha ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz.

Paylaş: