“Beril” qasırğası Karib hövzəsinə çatıb
Karib dənizinin cənub-şərqinə çatan “Beril” qasırğası Qrenadanın Karriaku adasında ciddi fəsadlara yol açıb.
Fhnews.az xəbər verir ki, qasırğanın mərkəzində küləyin sürəti saatda 220 kilometrə çatır.
Təbii fəlakət səbəbindən Barbados, Sent-Vinsent və Tobaqo adalarında təhlükə xəbərdarlığı, Qrenadada isə fövqəladə vəziyyət rejimi elan edilib. Qasırğa adalarda elektrik enerjisinin kəsilməsinə səbəb olub, hava limanları fəaliyyətini dayandırıb, küçələri su basıb. Barbados adasının yüzlərlə sakini sığınacaqlara yerləşdirilib.
Proqnozlara görə, “Beril” Karib dənizini keçərək qərbə doğru hərəkət edəcək. İyulun 4-də qasırğanın Meksikanın Yukatan yarımadasının şərq sahilinə yaxınlaşacağı gözlənilir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...