“Balaca Şahzadə”nin nadir nüsxəsi hərraca çıxarılıb
İndiyə qədər nəşr olunan ən çox tərcümə edilmiş uşaq kitablarından biri olan “Balaca şahzadə”nin makinada yazılmış nüsxəsi 1,25 milyon dollara satışa çıxarılacaq. 1940-cı illərdə “Balaca Şahzadə”nin müəllifi Antuan de Sent-Ekzüperinin saxladığı üç mətndən biri olduğu deyilən nüsxə noyabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Əbu-Dabi İncəsənət Festivalında satışa çıxarılacaq.
Antuan de Sent-Ekzüperi İkinci Dünya Müharibəsi illərində Nyu-Yorkda sürgündə olarkən uşaqlar üçün “Balaca Şahzadə”ni orijinal fransız dilində yazıb. Kitab 1943-cü ildə nəşr edilib və nəşr olunduğu gündən bütün dünyada milyonlarla tirajla satılıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...