“Bakı-Sumqayıt” yolunda tıxac problemi həll ediləcək
“Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyatın sıxlığının qarşısının alınması, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə M-1 və M-4 avtomobil yollarını Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində xarici dairəvi yolla birləşdirən paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır.
Fhnews.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında əksini tapıb.
Qeyd edilib ki, “Lökbatan-Xocasən” həlqəvi yolu ilə “Sabunçu yol qovşağı”nı birləşdirən xarici həlqəvi şəhər magistralının tamamlanması məqsədilə Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsi ilə “Zığ-Hövsan” şosesini birləşdirən yeni həlqəvi şəhər avtomobil yolunun, o cümlədən Bülbülə gölünün şərqindən keçməklə Sabunçu dairəsi ilə “Zığ şosesini” birləşdirəcək yeni həlqəvi şəhər avtomobil yolunun yaradılması planlaşdırılır.
Baş Planla nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğunun təqribən 368,7 kilometrədək artırılması, habelə küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 2300 kilometrdən 2668 kilometrə çatdırılması planlaşdırılır.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...