“ASAN xidmət”ə 80 milyonuncu müraciət qeydə alınıb
Dekabrın 3-də “ASAN xidmət”ə 80 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin müraciət 3 saylı “ASAN xidmət” mərkəzinə Könül Hadıyeva tərəfindən edilib. O, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən doğumun qeydə alınması xidmətindən yararlanıb.
80 milyonuncu müraciətin sahibi kimi Könül Hadıyevaya təşəkkürnamə və ABAD-çı tərəfindən hazırlanmış simvolik hədiyyə təqdim olunub.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...