2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə” mövzusunda dəyirmi masa keçiriləcək

28-10-2024
IMG

Oktyabrın 30-da Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə” (COP29-a doğru) mövzusunda dəyirmi masa keçiriləcək.

Agentlikdən verilən məlumata görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunan dəyirmi masa Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində reallaşacaq.

Tədbirdə dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ali məktəb rəhbərlərinin, dövlət və ictimai təşkilatların əməkdaşlarının iştirakı gözlənilir.

Paylaş: