“Airbus”ın Çindəki müəssisəsində 700-cü “A320” təyyarəsi istehsal olunub
“Airbus” korporasiyasının Çinin Tiencin şəhərindəki müəssisəsində “A320” ailəsindən 700-cü təyyarə istehsal olunub.
Fhnews.az şirkətin yaydığı məlumata istinadla xəbər verir ki, 180 sərnişin yerlik “A320neo” Çinin “Chengdu Airlines” aviasiya şirkətinə təhvil verilib.
“Airbus”ın vitse-prezidenti Corc Su bildirib ki, Tiencində yığılan 700-cü “A320” təyyarəsinin tədarükü Çindəki müəssisənin şirkətin “Airbus A320” ailəsinin qlobal genişləndirilməsi planına böyük dəstəyidir. O, korporasiyanın inkişaf edən Çin bazarına uzunmüddətli bağlılığını gücləndirərək Çinlə strateji əməkdaşlığı genişləndirməyə çalışdığını bildirib.
Qeyd edək ki, “Airbus”ın Tiencin şəhərindəki müəssisəsində ilk istehsal xətti 2008-ci ildə istifadəyə verilib. Bu, “Airbus”ın Avropadan kənarda ilk istehsal müəssisəsidir. Çin şirkətlərinin istifadəsində olan “Airbus” təyyarələrinin 30 faizdən çoxu məhz Tiencində yığılan təyyarələrdir. Ötən ilin sentyabrında Tiencindəki müəssisədə 2-ci istehsal xəttinin inşasına başlanılıb. 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılan istehsal xəttində darfüzelajlı “A320” və “A321neo” tipli təyyarələr yığılacaq.
Hazırda şirkətin Tiencindən başqa Tuluzada (Fransa) 2, Hamburqda (Almaniya) 4 və Alabamada (ABŞ) 2 istehsal xətti var. Şirkət 2026-cı ildə dünya üzrə “A320” ailəsindən ayda 75 ədəd təyyarə istehsal etməyi hədəfləyib.
Çinin 3 əsas aviasiya şirkəti - “China Southern Airlines”, “China Eastern Airlines” və “Air China” 2022-ci ildə ümumi dəyəri 37 milyard ABŞ dolları olan 292 ədəd “Airbus A320neo” təyyarəsi sifariş edib. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) proqnozlarına əsasən Çin şirkətləri növbəti 20 il ərzində təxminən 1460 geniş, 5160 dar gövdəli, habelə min ədəd regional cet almalıdır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...