“Aeroexpress” Vnukovo hava limanına sərnişindaşımanı dayandırır
Avqustun 1-dən Rusiyanın “Aeroexpress” şirkəti Vnukovo hava limanına sərnişindaşımanı dayandırır.
Fhnews.az xəbər verir ki, bu barədə şirkətin teleqram kanalında bildirilib.
Məlumata görə, bundan sonra şirkət yalnız Moskva şəhəri ilə Domodedevo və Şeremetyevo hava limanları arasında sərnişindaşıma xidmətini həyata keçirir.
Qeyd edək ki, Rusiyanın 2005-ci ildə əsası qoyulan “Aeroexpress” şirkəti Moskva şəhəri ilə Domodedevo, Şeremetyevo və Vnukovo hava limanları arasında sərnişindaşıma xidmətini həyata keçirir. "Aeroexpress" 2008-ci ildə fəaliyyətə başlayıb və 16 il ərzində 30 milyondan çox sərnişin daşıyıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...