“ACI World” Təşkilatının baş icraçı direktoru: Qonaqpərvərliyə görə Azərbaycana dərin minnətdarlığımızı bildiririk
“Airports Council International (ACI) World” təşkilatı hava limanlarını beynəlxalq müstəvidə təmsil edir. COP29 konfransında iştirak etməkdən, Bakıda olmaqdan məmnunluq duyuruq. Qonaqpərvərliyə və bizə göstərilən dəstəyə görə təşkilatımızın adından Azərbaycana dərin minnətdarlığımızı bildirmək istərdim.
Fhnews.az xəbər verir ki, bunu “Airports Council International (ACI) World” təşkilatının baş icraçı direktoru Castin Erbaçi jurnalistlərə müsahibəsində deyib.
“Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunun əməkdaşları Hava Limanları Karbon Akkreditasiyasına (ACA) nail olmaq üçün böyük səy göstəriblər.
Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportuna Hava Limanları Karbon Akkreditasiyası (ACA) proqramının 2-ci səviyyə “Azaltma” sertifikatı təqdim olundu. Bununla da həmin aeroportun dayanıqlı bir hava limanına çevrilməsi istiqamətində böyük addımlar atılmış oldu. Bu isə bizim birgə hədəfimizə - 2050-ci ilədək karbon neytrallığına nail olmaq üçün çox zəruridir”, - deyə C.Erbaçi bildirib.
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu...
Bayram günlərində bölgələrə və əks...