“2030-cu ilə doğru enerji keçidi inkişafı: maliyyə, texnologiya və insanlar” mövzusunda tədbir keçirilib
Dayanıqlı Enerji üzrə Biznes Şurasının təşkilatçılığı ilə “2030-cu ilə doğru enerji keçidi inkişafı: maliyyə, texnologiya və insanlar” mövzusunda tədbir keçirilib.
Fhnews.az xəbər verir ki, Dayanıqlı Enerji üzrə Biznes Şurasının prezidenti Lisa Jakobson 1,5°C hədəfinə nail olmaq istiqamətində iqlim investisiyalarının təmiz enerji və enerji səmərəliliyi həllərinin mövcud portfellərinin tətbiqinin vacibliyini vurğulayıb.
O qeyd edib ki, tədbirdə sənaye liderləri, dövlət sektorunun nümayəndələri bir araya gələrək 1,5°C hədəfinə uyğunlaşmış milli səviyyədə müəyyən edilmiş töhfələr, maliyyə modelləri üzrə müzakirələr aparıblar.
Çıxış edənlər bildiriblər ki, COP29-un nəticəsi olaraq tərəflər mühüm iqlim maliyyə paketi ilə bağlı razılığa gəlsinlər.
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu...
Bayram günlərində bölgələrə və əks...