Laosun şimalında böyük Budda heykəli aşkarlanıb
Laosun şimalında yerləşən Bokeo əyalətindəki Mekonq çayı yaxınlığında hündürlüyü iki metr olan Budda heykəli aşkarlanıb.
Fhnews.az “The star” saytına istinadla xəbər verir ki, heykəl əyalətin Tonfeunq rayonunda davam edən qazıntılar zamanı tapılan qədim artefaktların ən böyüyüdür. Bundan iki gün öncə ərazidə daha doqquz Budda heykəli tapılmışdı.
Əksəriyyəti tuncdan olan heykəllərin yaşı və mənşəyi məlum deyil. Laos hökuməti mart ayından başlayan qazıntıların peşəkar şəkildə aparılmasını təmin etmək üçün yüksək vəzifəli şəxslərdən və mütəxəssislərdən ibarət milli komitə yaradıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...