2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Laçın Beynəlxalq Hava Limanında işləmək istəyənlərin nəzərinə - əmək yarmarkası keçiriləcək

05-03-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə birgə Laçın rayonunda əmək yarmarkası keçirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarka martın 7-də saat 11:00-dan 13:00-a kimi Agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın rayon xidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyev küçəsi, 138) təşkil olunacaq.

Tədbirdə bu il istifadəyə veriləcək Laçın Beynəlxalq Hava Limanında uçuşlаrın elektrik-işıq teхniki təminаtı, rabitə, aerodrom istismarı, aviasiya təhlükəsizlik xidməti, teхnоlоji аvаdаnlıqlаrın istismаrı, təmiri sаhəsi və s. işlər üzrə 110-dan çox vakansiya təqdim ediləcək.

Paylaş: