2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

28-12-2024
IMG

Milli Hidrometeorologiya Xidməti dekabrın 29-u günün birinci yarısında Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Qazax, Ağstafa, Daşkəsən, Tovuz, Kəlbəcər, Laçın, Şabran, Xızı, Qobustan, Siyəzən, Neftçalada şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Paylaş: