Kuril adalarında yerləşən Ebeko vulkanı püskürüb
Vulkanoloqlar Böyük Kuril silsiləsinin Paramuşir adasındakı (Saxalin bölgəsi) Ebeko vulkanında 2 kilometr hündürlüyədək kül püskürülməsini qeydə alıblar.
Fhnews.az TASS agentliyinə istinadla bildirir ki, bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Ebeko vulkanı Paramuşirin şimal hissəsində yerləşir. Vulkanın hündürlüyü 1156 metrdir. 2016-cı il noyabrın ortalarında aktivləşən vulkan yüksək püskürmə ehtimalı ilə artan fəallığa malikdir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...