Kölndə iki gündə ikinci partlayış
Almaniyanın Köln şəhərində geyim mağazası qarşısında qalan bombanın partlaması nəticəsində bir nəfər yüngül xəsarət alıb. Bombalı hücum sentyabrın 16-da baş verən partlayışdan bir neçə gün sonra baş verib.
Səhər saatlarında Ehren küçəsindəki geyim mağazasının qarşısına qoyulan bomba partlayıb. Partlayış nəticəsində 1 nəfər yüngül yaralanıb, binanın girişində dağıntılar baş verib. Partlayışdan sonra başlayan yanğın qısa müddətdə söndürülüb.
Hadisənin baş verdiyi ərazi piyadaların və avtomobillərin hərəkəti üçün bağlanıb. Oxşar partlayış sentyabrın 16-da bugünkü partlayışa yaxın bölgədə baş verib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...