Konyada köçəri quşların məskəni olan Uyuz gölü quruyub
Konyanın Qulu rayonundan 30 kilometr şimalda və Ankara sərhədində, köçəri quşların tez-tez üz tutduğu yer olan Uyuz gölü quruyub.Kömüşini gölü olaraq da bilinən və yeraltı sularla qidalanan şirin su gölünün dərinliyi 1,5 metr və sahəsi 15 kvadrat kilometr olub.
Konya qapalı hövzəsi və onun alt hövzəsi olan Tuz gölü hövzəsi daxilində yerləşən göl 1992-ci ildə qorunan ərazi elan edilib. Göl sahilləri qamışla örtüldüyündən göl bir çox köçəri quşlar tərəfindən çoxalma yeri kimi istifadə olunur və bu səbəbdən ərazi mühafizə statusu qazanmışdır.
Mövsümi quraqlıq səbəbindən qidalandırdığı su mənbələri kəsildiyi üçün göl tamamilə quruyub.Əksər su quşları da minlərlə quşun yaşadığı gölü tərk edib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...