2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Konqo Demokratik Respublikasının şərqində baş verən qarşıdurmalarda 7000 adam həlak olub

25-02-2025
IMG

Bu barədə Konqo Demokratik Respublikasının Baş naziri Cudit Suminva Tuluka məlumat verib
Cenevrədə çıxış edən baş nazir Qoma şəhərində 3000-dən çox adamın öldüyünü və onların əksəriyyətinin mülki şəxslər olduğunu qeyd edib.
Tuluka BMT-nin Baş katibi Antonio Quterreşin Ruandanın dəstəklədiyi M23 üsyançılarının  hücumları ilə bağlı dilə gətirdiyi narahatlıqlarını təkrarlayaraq, bunun zorakılığı və insan haqları pozuntularını artırdığını bildirib.

Regional müharibənin başlamasından narahat olduqlarını ifadə edən Tuluka ABŞ-nın Ruandaya qarşı sanksiyalarını əhəmiyyətli bir dəstək olaraq qiymətləndirib.

 

Paylaş: