2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Konqo Demokratik Respublikasında fəlakət: 22 nəfər ölüb

23-02-2025
IMG

Konqo Demokratik Respublikasının Şimali-Kivu əyalətində üsyançılardan qaçan mülki şəxslərin olduğu qayığın çevrilməsi nəticəsində ilkin məlumatlara görə 22 nəfər həyatını itirib. Yerli mətbuatda yer alan xəbərlərə görə, üsyançılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmaların davam etdiyi Şimali-Kivu əyalətindəki Edvard gölündə üsyançılardan qaçan mülki şəxslərin olduğu qayıq çevrilib. İlkin məlumata görə, qəzada 22 nəfər həyatını itirib, 8 nəfər isə sağ qalıb. Bölgədə axtarış-xilasetmə işləri davam edir.

Qəzanın həddindən artıq yüklənmədən baş verdiyi ehtimal edilir. Son həftələr ölkənin şərqində şiddətlənən qarşıdurmalar səbəbindən minlərlə dinc sakin təhlükəsiz bölgələrə çatmaq üçün riskli yolları seçir.

23 Mart Hərəkatının  üsyançı qruplaşmasının üzvləri ilin əvvəlindən davam edən qarşıdurmalarda Şimali-Kivu əyalətinin mərkəzi Qoma və Cənubi Kivunun paytaxtı Bukavu şəhərlərini ələ keçirib.

Birləşmiş Millətlər Təşkilatı  qarşıdurmalarda həyatını itirənlərin sayının 3 minə yaxınlaşdığını bildirib. Ölkənin şərqindəki münaqişələr səbəbindən ilin əvvəlindən 500 mindən çox insan didərgin düşüb.

Paylaş: