Kolumbiyada helikopter qəzasında 8 hərbçi həlak olub
Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus “Huey II” helikopteri ölkənin şərqində qəzaya uğrayıb.
Fhnews.az xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro “X” sosial şəbəkəsindəki hesabında bildirilib.
“Viçada departamentində humanitar missiyada olan Kolumbiya Hərbi Hava Qüvvələrinin səkkiz əməkdaşının ölümünü təəssüflə bildirirəm. Onların helikopteri qəzaya uğrayıb. Ölkə üçün bu kədərli məqamda ailələrə həmrəy olduğumu bildirirəm”, - deyə o bildirib
Qəzanın səbəbləri hələ müəyyən edilməyib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...