Kolumbiya Prezidenti ölkəsinin COP29-da yüksək səviyyədə təmsil olunacağını bildirib
Kolumbiya Prezidenti Qustavo Petro bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşüb.
Fhnews.az xəbər verir ki, görüşdə Azərbaycanın Kolumbiyadakı səfirliyinin nümayəndəsi Namik Ramazanov COP29-da iştirakla bağlı Prezident Qustavo Petroya ünvanlanmış dəvət məktubunun əslinin bir neçə gün öncə səfirimiz tərəfindən Prezidentin İnzibati Departamentinin müdirinə təqdim edildiyini bildirib.
Dövlət başçısı dəvətə görə minnətdarlığını ifadə edib, COP29-da iştirak məqsədilə Bakıda olacaqlarını vurğulayıb.
Azərbaycanlı diplomat Kolumbiya Prezidentini ölkəmizdə görməkdən çox məmnun olacağımızı qeyd edib.
Almaniya Prezidenti Frank-Valter...
Azərbaycan-Avropa İttifaqı...
Ceyhun Bayramov İran Prezidentinin...
Azərbaycanın təşəbbüsü ilə BMT-də mina...
Azərbaycan ilə İran arasında ikitərəfli...