2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Kolizeydə Göbəklitəpənin qədim xəzinələri nümayiş etdirilir

28-02-2025
IMG

Türkiyə və İtaliya arasındakı əməkdaşlıq çərçivəsində Kolizeydə dünyanın ən qədim məbədi olan Göbeklitəpənin eksponatlarının nümayiş olunduğu sərgi açılıb.

Qeyd olunub ki, Kolizey Anadoludakı 12.000 illik arxeoloji xəzinələrdən olan üç әsәrin imitasiya olunmuş versiyasının nümayiş olunduğu sərgiyə ev sahibliyi edir. Əsərlər altı ay ərzində burada sərgilənəcək.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Türkiyənin İtaliyadakı səfirliyi, İtaliya Mədəniyyət Nazirliyi, Kolizey Arxeoloji Parkı və Roma Forumu Müdirliyi ilə Türk Hava Yollarının (THY) tәşkilatçılığı ilә keçirilәn sərgi çərçivəsində Göbeklitəpənin mərkəzində nümayiş etdirilən film səhnəsi görüntüləri də təqdim edilib. Tәdbir çәrçivәsindә  həmçinin məlumatlandırıcı panellər dә keçirilib.

Sərgi 2025-ci ilin 20 aprelinə qədər davam edəcək. Mədəni İrs və Muzeylər Baş İdarəsi tədbir üçün әsәrlәrin imitasiya olunmuş versiyalarını  və altyazılı filmlər sifariş edib. Türk Hava Yolları isə әsәrlәri Romaya ödənişsiz çatdırılmasını təmin edib.

Qonaqlara Göbeklitəpədə yetişdirilən buğdadan hazırlanmış çörək, həmçinin paxlava, rahat-hülqum və türk ilə italyan mətbəxlərinin ləziz yeməkləri təqdim olunub.

Dünyanın ən qədim məbədi hesab edilən Göbeklitəpə 2011-ci ildən etibarən UNESCO-nun Dünya İrs Siyahısındadır. 1963-cü ildə İstanbul və Çikaqo universitetlərinin birgə araşdırmaları nəticəsində kəşf edilən bu məbəd Şanlıurfada yerləşir və son illərdə rekord sayda ziyarətçiyə ev sahibliyi edir.

Ziyarətçilər bu qədim məkanı hava şarları ilə kəşf etmək imkanı da əldə edirlər.

Paylaş: