Kişi voleybolçular arasında Yüksək Liqanın III turuna yekun vurulub
Kişi voleybolçular arasında Yüksək Liqanın III turuna yekun vurulub.
Fhnews.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib. İlk olaraq meydana “Xilasedici” və “Azərreyl” komandaları çıxıblar. Fövqəladə Hallar Nazirliyinin idman zalında reallaşan görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün son matçında isə “Gənclər” Sumqayıtda “Murov Az Terminal”ı qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı üstünlüyü ilə başa çatıb.
Qeyd edək ki, III turun dünən keçirilən ilk qarşılaşmasında “Neftçi” MOİK-i 3:0 hesabı ilə məğlub edib.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...