"Kinomuzu yaradanlar...kinomuzu yaşadanlar" adlı layihəyə start verilir
Milli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılması, kino sənətkarlarının irsinin tamaşaçılara daha yaxından tanıdılması və yaşadılması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Kino Agentliyi, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkilatçılığı ilə milli kino sənətkarlarının yubileylərinə həsr olunmuş "Kinomuzu yaradanlar...kinomuzu yaşadanlar" adlı layihə başlanır.
Fhnews.az xəbər verir ki,Layihə çərçivəsində kino sənətkarının iştirakı ilə yaradılmış Azərbaycan filmlərinin 2024-cü il ərzində hər ay bir xadiminə həsr edilməklə Nizami Kino Mərkəzində mütəmadi olaraq nümayişləri təşkil ediləcək.
Türkiyənin müdafiə nazirinin rəhbərlik...
Mədəniyyət Nazirliyinin sistemindəki...
Heydər Əliyev Mərkəzində "Qəlbim...
Azərbaycan Bolonya Beynəlxalq Uşaq Kitab...
Bu gün Ümumdünya Gülüş Günüdür...