Keyptaunda daşqınlar nəticəsində minlərlə insan evsiz qalıb
Cənubi Afrikanın Keyptaun şəhərində iyulun 6-dan bəri davam edən leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində minlərlə insan evsiz qalıb.
Dövlət televiziyası SABC-nin xəbərinə görə, daşqınlar zamanı şəhərin ən böyük gecəqondularından biri olan Xayelitşada mindən çox evə ziyan dəyib, ən azı 4 min insan evlərini tərk edib. Cənubi Afrika Meteorologiya Departamenti Keyptaun və ətrafına təsir edən güclü yağış və küləklərin çərşənbə gününə qədər davam edə biləcəyi barədə xəbərdarlıq edib.
Milli Dəniz Xilasetmə İnstitutunun sözçüsü Craiq Lambinon verdiyi açıqlamada əlverişsiz hava şəraitinin sahil xətti üçün təhlükəli olduğuna görə balıqçı qayıqlarını dənizə getməməyə çağırıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...