2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Karib dənizində “Beril” qasırğasının sürəti ən yüksək həddə çatıb

01-07-2024
IMG

Atlantik okeanında qeydə alınmış “Beril” qasırğası təhlükəli həddə çatıb.

Fhnews.az xəbər verir ki, bu barədə ABŞ Qasırğa Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, küləyin sürəti saniyədə 59 metrə çatıb. Bu, Saffir-Simpson Qasırğa Şkalasına əsasən onun 4-cü kateqoriyaya yüksəldiyini və qasırğanın maksimum həddə çatdığını göstərir. “Beril” qasırğası iyun ayında baş verən ilk qasırğa kimi qeydə alınıb.

Karib dənizində yerləşən adaları əhatə edən qasırğanın bazar ertəsi Barbados adasına çatacağı ehtimal edilir.

Paylaş: