Kamçatkada helikopter qəzasında həlak olanların hamısının cəsədi tapılıb
Kamçatkada Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində ölənlərin hamısının cəsədləri tapılaraq məhkəmə-tibb ekspertizaya təhvil verilib.
Fhnews.az xəbər verir ki, bu barədə Kamçatka ərazisinin fövqəladə hallar naziri Sergey Lebedev məlumat verib.
“Rusiya Fövqəladə Hallar Nazirliyinin vertolyotu “Vityaz-Aero” aviaşirkətinə məxsus Mi-8 təyyarəsinin qəzaya uğradığı ərazidən xilasediciləri aparacaq və həlak olanların cəsədləri aşkar edilərək təcili xidmət orqanlarına təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı başa çatıb”, - deyə nazir bildirib.
Qeyd edək ki, təyyarədə 19 sərnişin və üç ekipaj üzvü olub.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...