2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Kaliforniyada   baş verən yanğına görə 20 mindən çox insan üçün təxliyə əmri verilib

11-12-2024
IMG

Sakit okean sahilində yerləşən Kaliforniya ştatının Malibu şəhərində güclü külək nəticəsində yanğın baş verib. Yanğının 2800 dekardan çox əraziyə yayıldığını bildirən rəsmilər  20 mindən çox sakin üçün təxliyə əmri verib.

Milli Meteoroloji Xidmət isə  bölgədə Santa Ana küləyinin sürətinin saatda 64 kilometrə çatdığını bildirib.

Bölgədə təhlükəsizlik tədbirləri səbəbiylə 40 mindən çox abunəçinin elektrik enerjisi kəsilib.Bundan əlavə, Santa Ana adlı güclü və quru küləklər səbəbindən digər bölgələrdə də yanğınların baş verə biləcəyi barədə xəbərdarlıq edilib.

Malibuda sürətlə yayılan alov səbəbiylə dünən Pepperdine Universitetinin kampusunda olan tələbələr və işçilər də  təxliyə edilib.

Paylaş: