2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Kahramanmaraşda küçələr gölə çevrilib

23-09-2024
IMG

Türkiyənin Kahramanmaraş bölgəsində yağan leysan yağışları və dolu təsirli olub. Hər kvadratmetrə 30 kiloqram yağıntı düşüb. Küçələri su basıb, nəqliyyatın hərəkəti dayandırılıb. Şəhərdə fasilələrlə yağan leysan bəzi küçə və prospektlərdə daşqınlara səbəb olub.

Kahramanmaraş Böyükşəhər Bələdiyyəsi, Kahramanmaraş Su və Kanalizasiya İdarəsi Ümumi Müdirliyi, AFAD qrupları yeraltı keçidlər və yollardakı suyun boşaldılması, yolların təmizlənməsi  üçün çalışıb.

Paylaş: