Kabildə bombalı hücum
Əfqanıstanın paytaxtı Kabilin şərqində törədilən bombalı hücum nəticəsində ən azı 3 nəfər həyatını itirib.
Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran mövzu ilə bağlı mətbuata açıqlama verib. O, Kabilin şərqindəki Aloxayl bölgəsində axşam saatlarında sərnişin avtomobilinə yerləşdirilən maqnit bombasının partlaması nəticəsində ən azı 3 nəfərin öldüyünü, 4 nəfərin isə yaralandığını bildirib.
Təhlükəsizlik qüvvələrinin bölgəyə gəldiyini bildirən Zadran hadisə ilə bağlı bir şübhəlinin həbs olunduğunu qeyd edib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...