İzmirdə bərə sahilə çırpılıb
Türkiyənin İzmir şəhərində üzən Konak-Bostanlı bərəsi kapitanın qəfil xəstəliyi səbəbindən kursdan çıxaraq sahilə çırpılıb.
Fhnews.az xəbər verir ki, gəmi zədələnərkən sərnişinlər böyük çaxnaşma yaşayıblar. Qəza axşam saatlarında baş verib. Konak-Bostanlı bərəsinin kapitanı Karşıyakadan sərnişinləri götürdükdən sonra qəflətən halı pisləşib və bu arada gəmi kursdan çıxıb.
Konak körpüsü yaxınlığında üzən "Mustafa Günay" adlı sərnişin gəmisi bu sırada quruya çırpılıb. İçəridə olan 80 sərnişin böyük çaxnaşma yaşayıb, əraziyə çoxlu qruplar göndərilib. Gəmi zədələnsə də, sərnişinlərdən xəsarət alan olmayıb.
Sərnişinlərin başqa gəmiyə köçürülüb, gəmini xilas etmək üçün işlər davam edir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...