2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

İtaliyanın şimalında əlverişsiz hava şəraiti fəsadlar törədib

15-05-2024
IMG

İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlara səbəb olub.

Fhnews.az xəbər verir ki, ötən gün axşam saatlarından bəri davam edən aramsız leysan yağışları nəticəsində kiçik çaylar məcrasından çıxıb. Lambro bölgəsində bəzi evləri su basıb, magistral yollar və küçələr su altında qalıb. Modenada ağaclar və reklam lövhələri avtomobillərin üzərinə və yollara aşıb, güclü külək binaların dam örtükləri qoparıb.

Mülki müdafiə qrupları tərəfindən 80-dən çox xilasetmə əməliyyatı aparılıb. Bəzi yollar ehtiyat tədbiri olaraq nəqliyyatın hərəkətinə bağlanıb.

Əlverişsiz hava şəraiti səbəbindən Lombardiya regionunda narıncı, Pyemont, Veneto, Emiliya-Romaniya və Umbria bölgələrində sarı təhlükə xəbərdarlığı elan edilib. Çayların səviyyəsinin yüksələcəyi və daşqın təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq olunub.

Paylaş: