İtaliyanın Etna vulkanından lava axını davam edir
Etnada təxminən 3 min 300 metr yüksəklikdə olan "Bocca Nuova (Yeni Ağız)" adlı kraterin cənub yamacında şənbə günü axşam saatlarında əmələ gələn çatdan lava axını davam edir.
İtaliya mətbuatında dərc olunan və İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun Kataniya filialına əsaslanan məlumatda vulkanın parametrlərində xüsusi dəyişiklik qeydə alınmadığı bildirilib. Xəbərdə vulkandakı fəaliyyətlərin normal olduğu və bu son vəziyyətin Etnanın daimi aktiv olan bir vulkanın normal olaraq yayacağı enerjidən daha çox enerji buraxmadığına işarə olduğu bildirilib.Xəbərdə o da qeyd olunub ki, lava axını çox dar bir xəttlə irəliləyir və cəmi bir neçə yüz metr uzunluğundadır.
Xəbərdə narahatlıq üçün heç bir əsas olmadığı bildirilib.
Xatırladaq ki, 2024-cü ilin yay aylarında Kontinental Avropanın ən yüksək aktiv vulkanı olan Siciliya adasındakı Etna vulkanında şiddətli kül və lava püskürməsi kimi vulkanik fəaliyyətlər qeydə alınıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...