İtaliyanın Etna vulkanında lava axını baş verib
İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etnada lava axını baş verib.
İtaliya mətbuatında yer alan xəbərlərdə dünən axşam saatlarında Siciliya adasındakı təxminən 3300 metr yüksəklikdə olan vulkanın "Bocca Nuova (Yeni Ağız)" kraterinin cənub yamacında meydana gələn çatdan güclü lava axınının meydana gəldiyi bildirilib.
Bildirilib ki, son günlər vulkanda fasilələrlə kül püskürmə aktivliyi də müşahidə olunub.
Xatırladaq ki, 2024-cü ilin yay aylarında da Kontinental Avropanın ən yüksək aktiv vulkanı olan Etna dağında şiddətli kül və lava püskürməsi kimi vulkanik fəaliyyətlər qeydə alınıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...