2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

İtaliyada yanan bərədəki 274 nəfər təxliyə edilib

21-08-2024
IMG

İtaliyanın qərbindəki Elba adasına gedən bərədə baş verən yanğın səbəbilə göyərtədə olan 274 sərnişinin təcili təxliyyə edilib, hadisə nəticəsində xəsarət alan olmayıb.İtaliyanın "Rainews24" kanalının xəbərinə görə, Piombino limanından Elba adasına səfər edən "Korsika Sardiniya Ferries" şirkətinə məxsus "Korsika Feribotları 3" adlı bərə bu gün günorta saatlarında fövqəladə vəziyyətlə qarşılaşıb.Səyahətinə başlayandan qısa müddət sonra bərə çıxan tüstü səbəbindən Piombino limanına qayıdıb.Yanğın səbəbindən bərə lyukları işləmədiyi üçün 274 sərnişin təcili  təxliyə edilib. Hadisə zamanı sərnişinlərdən xəsarət almadığı və yalnız bir sərnişinin panik atak keçirdiyi açıqlanıb.Sərnişinlər təxliyyə edildikdən sonra yanğına İtaliya Sahil Mühafizəsi və yanğınsöndürmə briqadaları müdaxilə edib.

Paylaş: