İtaliyada sərxoş turistin Trevi fəvvarəsinə girişi ömürlük qadağan edilib
Yeni Zelandiyadan olan 3 turist Romanın ən məşhur simvollarından biri olan Trevi fəvvarəsinə girmək istəyərkən polis tərəfindən saxlanılıb.Lakin qrupdan olan 30 yaşlı kişi polisdən qaçaraq birbaşa fontana atılıb. Roma polisindən verilən açıqlamada hadisə zamanı spirtli içkilərin təsirli olduğu bildirilib. Turist 500 avro cərimələnib və onun bu tarixi tikiliyə girişinə ömürlük qadağa qoyulub.
1762-ci ildə tamamlanan Trevi Fəvvarəsi hər il milyonlarla turisti cəlb edir. Lakin fəvvarənin tarixi quruluşuna zərər verə biləcəyi üçün suya girmək qadağandır. Belə hadisələrin qarşısını almaq üçün Roma rəhbərliyi keçən il fəvvarəyə maksimum 400 ziyarətçinin eyni anda yaxınlaşmasına imkan verən nəzarət sistemi tətbiq edib.
Federiko Fellininin 1960-cı ildə çəkdiyi "La Dolce Vita" filmindəki simvolik səhnədən ilhamlanan turistlər üçün fəvvarəyə girmək cazibədar bir fikir olsa da, bu hərəkətləri hər il onlarla turistin cərimələnməsinə səbəb olur.
Hər il Trevi fəvvarəsinin suyuna təxminən 1,5 milyon avro dəyərində sikkələr atılır.Ənənəvi olaraq arzu etmək üçün edilən bu jest Romadakı xeyriyyə təşkilatlarına əhəmiyyətli gəlir gətirir. Lakin bu pulları oğurlamağa çalışanların sayı az deyil. Polis keçən il fəvvarədən pul oğurlamağa cəhd edən bir çox şəxsin tutulduğunu açıqlayıb.
Səlahiyyətlilər Trevi fəvvarəsini qorumaq üçün təhlükəsizlik tədbirlərini artırmağa davam edəcəklərini və bu cür pozuntuların ciddi sanksiyalarla üzləşəcəyini bildirirlər.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...