İtaliyada nikah mərasimində binanın döşəməsi çöküb, 35 nəfər yaralanıb
İtaliyanın şimalındakı Pistoiya şəhərində nikah mərasimi zamanı binanın döşəməsinin çökməsi nəticəsində 35 nəfər xəsarət alıb.
Fhnews.az xəbər verir ki, qonaqlar rəqs edərkən toy məclisinin keçirildiyi məkan kimi istifadə olunan monastırın döşəməsi çöküb. Çökmə zamanı binanın içərisində üç metr diametrdə boşluq yaranıb. Hadisə nəticəsində 35 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
İnsanların təxminən dörd metr hündürlükdən yıxıldığı bildirilir. Hadisə yerinə təhlükəsizlik qüvvələri gəlib və yaralılar xəstəxanaya çatdırılıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...