İtaliyada neft emalı zavodunda baş verən partlayışda ölənlərin sayı 5-ə yüksəlib
İtaliyanın Florensiya yaxınlığındakı “ENI” enerji şirkətinə məxsus neft emalı zavodunda dünən baş verən partlayışda daha 3 nəfərin cansız bədəni tapılıb, bununla da ölənlərin sayı 5-ə yüksəlib. Partlayışda yaralananların sayının 26 olduğu açıqlanıb.
Kalenzano şəhərinin tabe olduğu Toskana Regional Hökumətinin sədri Eugenio Giani açıqlamasında partlayış nəticəsində yaralanan 14 nəfərin xəstəxanada müalicə olunduğunu, onlardan 2-nin vəziyyətinin ağır olduğunu bildirib.
Mətbuatda yer alan hadisə şahidlərinin ifadələrinə görə, partlayış yanacaq çənlərinin yaxınlığındakı sızmanın qığılcımla təmas etməsi nəticəsində baş vermiş ola bilər.
Digər tərəfdən, mətbuatda “ENİ”nin digər neft emalı zavodlarında çalışan işçilərinin dünənki insidentlə bağlı bu gün üçün tətil etmək qərarına gəldiyi bildirilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...