2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

İtaliyada çökən binanın dağıntıları altında qalan yaşlı qadın 24 saat sonra xilas edilib

07-03-2025
IMG

İtaliyanın cənubundakı Bari şəhərində çökən binanın dağıntıları altında qalan yaşlı qadın 24 saatdan sonra xilas olunub.

Fhnews.az xəbər verir ki, fasiləsiz davam edən axtarış-xilasetmə işlərindən sonra 74 yaşlı qadın dağıntılar altından sağ çıxarılıb və xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, istifadəyə yararsız elan olunan və sakinlərinin təxliyəsinin davam etdiyi bina martın 5-də çöküb. Faktla bağlı istintaq başladıb.

Paylaş: