İtaliyada binanın uçması nəticəsində iki azyaşlı həyatını itirib
İtaliyanın Neapol əyalətinin Saviano şəhərində iki mərtəbəli bina təbii qazın partlayışı nəticəsində uçub.
Fhnews.az xəbər verir ki, partlayış binanın ikinci mərtəbəsində baş verib. Əraziyə yanğınsöndürənlər və xilasetmə qrupları cəlb olunub.
Tikilinin çökməsi nəticəsində 6 nəfər dağıntılar altında qalıb. Xilasetmə qrupları tərəfindən iki nəfər dağıntılar altından sağ çıxarılıb. Onlar xəstəxanaya çatdırılıb, birinin vəziyyəti ağırdır.
Dağıntılar altından iki azyaşlının cəsədi çıxarılıb. Hazırda iki nəfərin axtarışları davam edir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...