İtaliyada ət istehsalı müəssisəsində güclü yanğın olub
İtaliyanın Emiliya-Romanya regionunda ət istehsalı müəssisəsində güclü yanğın baş verib.
Fhnews.az xəbər verir ki, gecə saatlarında başlayan yanğın geniş əraziyə yayılıb. Bölgəyə Modena, Parma və Bolonyadan olan mülki müdafiə qüvvələri cəlb olunub. Yanğınsöndürmə əməliyyatı davam etdirilir.
Alov müəssisənin yaxınlığındakı bəzi evlərin panjurlarını əridib. Binaya bitişik tikililər boşaldılıb, mənzillərdən sakinlər təxliyə edilib. Tüstü geniş əraziyə yayılıb. Bələdiyyə əhaliyə evlərin pəncərələrini bağlamaları barədə xəbərdarlıq edib.
Xəsarət alan olmayıb, təhlükəsizlik qüvvələri hadisənin başvermə səbəblərini araşdırır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...