2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

İtaliyada əlverişsiz hava şəraiti daşqın və sürüşmələrə səbəb olub

01-07-2024
IMG

İtaliya mətbuatında yer alan xəbərlərdə ölkənin şimal-qərbindəki Piedmont və Valle d'Aosta bölgələrində davam edən leysan yağışları səbəbiylə daşqınlar olduğu, bəzi yüksək bölgələrdə isə torpaq sürüşməsinin meydana gəldiyi bildirilib.Güclü yağışlar səbəbindən yağış suları Piedmont bölgəsindəki dağların yamaclarından şəlalə kimi axıb. 

Çaylarda daşqın və sürüşmə nəticəsində bəzi yolların nəqliyyata bağlandığı iki bölgədə yaşayış məntəqələrində sıxışıb qalanların xilas edilməsi üçün İtaliya Yanğınsöndürmə Qrupu tərəfindən xilasetmə əməliyyatları aparılır. 

Bildirilib ki, İtaliya-İsveçrə sərhədindəki dağlıq Makuqnana qəsəbəsində qapalı qalan 30-a yaxın alpinist yanğınsöndürmə vertalyotu ilə havadan təxliyə edilib.

Daşqın və sürüşmə nəticəsində magistral yolun dağıldığı Alp dağlarının əhatəsində olan Kogne qəsəbəsində  200-ə yaxın insan xilas edilib. Kogne şəhərində çoxsayda avtomobilləri sel suları aparıb.

Güclü yağışdan zərər çəkən Piemont bölgəsinin Verbania Cuio Ossola qəsəbəsində yanğınsöndürmə qrupları çətin vəziyyətdə olan 80 nəfərə yardım edib.Bu arada Pyemont və Valle d'Aostada arabir yağan dolunun avtomobillərə və kənd təsərrüfatı sahələrinə maddi ziyan vurduğu bildirilib.

Paylaş: