İtaliyada 75-ci “Sanremo” musiqi festivalı başlayır
Fevralın 15-dək davam edəcək 75-ci “Sanremo” musiqi festivalında 29 iştirakçı yarışacaq, münsiflər heyətinin qərarı ilə seçilən 5 finalçı üçün səsvermə keçiriləcək.
“Birlikdə” devizi ilə keçirilən festivalın bədii rəhbəri və aparıcısı 2015-ci ildən 2017-ci ilədək tədbirə rəhbərlik edən Karlo Kontidir. “Ariston” tarixi teatrının səhnəsində keçiriləcək festival İtaliyanın “Rai” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, “Sanremo” İtaliyanın məşhur mahnı müsabiqəsi və mükafatlandırma mərasimidir. “Sanremo” milli səviyyədə dünyanın ən uzunmüddətli illik televiziya musiqi yarışmasıdır.
Birinci Sanremo Musiqi Festivalı 29-31 yanvar 1951-ci il tarixləri arasında “RAI”-nin Rete Rossa radio kanalında yayımlanıb.
1951-ci ildən 1976-cı ilə qədər festival Sanremo Kazinoda keçirilib, lakin 1977-ci ildə “Teatro Aristona” köçürülüb. 1990-cı ildə Nuovo Mercato dei Fioridə keçirilən festival istisna olmaqla, bütün sonrakı festivallar məhz “Ariston” tarixi teatrının səhnəsində keçirilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...