İtaliya aviaşirkəti sentyabrın 3-dək Təl-Əvivə uçuşları dayandırıb
İtaliyanın “ITA Airways” aviaşirkəti İsrailin paytaxtı Təl-Əvivə aviareysləri dayandırmaq qərarının vaxtını uzadıb.
Fhnews.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Bildirilir ki, Yaxın Şərqdəki gərginlik səbəbindən sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi üçün Təl-Əvivə ikitərəfli uçuşlar sentyabrın 3-dək dayandırılıb. Həmçinin aviaşirkət Roma-Təl-Əviv və Təl-Əviv-Roma müntəzəm reyslərini də sentyabrın 30-dək dayandırıb.
Qeyd edək ki, “ITA Airways” Yaxın Şərqdəki gərginliklə əlaqədar avqustun 2-dən etibarən Təl-Əvivə uçuşları dayandırıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...