2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

İstanbuldakı tarixi qapalı bazarda yanğın baş verib

15-05-2024
IMG

İstanbulun ən qədim qapalı alış-veriş mərkəzlərindən biri olan “Mısır çarşısı”nda yanğın baş verib.

Fhnews.az xəbər verir ki, hadisə yerinə çox sayda yanğınsöndürən briqada cəlb edilib.

İlkin məlumata görə, yanğın bazarın restoran qismində başlayaraq dam hissəsinə yayılıb.

Hazırda yanğının söndürülməsi işləri davam edir.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Qeyd edək ki, İstanbulun tarixi Eminönü səmtində yerləşən “Mısır çarşısı”nın hazırki binası 1660-cı ildə inşa edilib. Müxtəlif ədviyyat növləri, çərəzlər, köhnə ənənəyə uyğun təbii dərmanların satıldığı bu bazar həm də nadir bitki kökləri və qabıqları kimi məhsullarla məşhurdur.

Paylaş: