İstanbulda şokoladsevərləri valeh edəcək festival başlayır
25-27 aprel tarixləri arasında İstanbul şokolad sevərləri şirin həyəcanla görüşdürəcək. 2-ci Beynəlxalq Şokolad Festivalı şokoladın 4 min illik füsunkar hekayəsindən ilhamlanaraq unudulmaz təcrübə təqdim edəcək. İştirakçılar şokoladın keçmişdən günümüzə səyahətini kəşf edəcək , qəhvə və çay kimi ənənəvi içkilərlə bu bənzərsiz dadı yaşamaq fürsəti əldə edəcəklər.
Bu ilki konsept "İstanbul şokolad qoxusuna bürünəcək!" olacaq. Festivalda qonaqları ləzzətli şokolad çeşidləri, sürprizlərlə dolu seminarlar, interaktiv tədbirlər və rəngarəng konsertlər gözləyir. Şokolad təkcə dad deyil, həm də ehtirasdır. Bu həvəsin izi ilə səyahətə çıxmaq istəyən hər kəs festivalda şokoladla bağlı bütün təfərrüatları kəşf etmək imkanı qazanacaq.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...