İstanbulda qar səbəbilə bəzi təyyarə və bərə reysləri təxirə salınıb
İstanbulda dünən axşam saatlarından başlayaraq yağan qarın çərşənbə günü günorta saatlarına qədər təsirli olacağı proqnozlaşdırılıb. İstanbulda qar yağışına görə Sabiha Gökçen Beynəlxalq Hava Limanı Müdirliyi HEAŞ-dan verilən açıqlamada bildirilir ki, Meteoroloji Fövqəladə Hallar Komitəsinin qərarı ilə Sabiha Gökçen Hava Limanında gözlənilən əlverişsiz hava şəraiti səbəbindən fevralın 11-də reyslərin 5 faizi, 12 fevralda isə 10 faizi ləğv ediləcək. Bütün sərnişinlərin uçuşlarını həyata keçirən şirkətlərin ən son vəziyyətləri ilə əlaqədar hava limanları və zəng mərkəzlərini izləmələri tövsiyə olunur.
İstanbul Böyükşəhər Bələdiyyəsi isə vətəndaşlara hava şəraiti ilə bağlı xəbərdarləq edib və fövqəladə hallar üçün ALO 153 ilə əlaqə saxlamağı tövsiyyə edib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...