İstanbulda binada partlayış olub, bir nəfər ölüb
Bu gün səhər saatlarında İstanbulda yaşayış binasında partlayış baş verib. Hadisə zamanı sakinlərdən biri həlak olub, üçü yaralanıb.
Fhnews.az xəbər verir ki, İstanbulun Beylikdüzü rayonunda yerləşən 14 mərtəbəli yaşayış binasının giriş qatındakı mənzildə partlayışın təbii qaz sızmasından baş verdiyi ehtimal olunur.
Hadisə ilə bağlı İstanbul Valiliyindən verilən açıqlamada yaralananların vəziyyətlərinin ağır olmadığı, bölgədə araşdırmaların davam etdiyi bildirilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...