2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

İstanbulda 3 mərtəbəli bina çöküb

29-11-2024
IMG

İstanbulun Güngören bölgəsində 3 mərtəbəli binanın  çökməsi nəticəsində  3 işçi dağıntılar altında qalıb. Əldə edilən məlumata görə, şəhər çevrilməsi üçün boşaldılan binada söküntü prosesi zamanı divar uçub. İş maşını və 3 nəfər çökən dayaqların altında qalıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, sağlamlıq qrupu və polis sövq edilib.

Axtarış-xilasetmə itləri də xilasetmə və AFAD qruplarının işinə dəstək verir. Dağıntılar altında qalan 3 işçidən 2-si xilas edilərək sağlamlıq qruplarına təhvil verilib.

Dağıntılar altında qalan digər işçinin xilasetmə işləri davam edir.

Paylaş: