İstanbul Sibirdən gələn soyuq dalğanın təsiri altındadır
İstanbul Böyükşəhər Bələdiyyəsi Fəlakət İşləri İdarəsi (AKOM) İstanbulda güclü qar yağışının çərşənbə günü təsirli olacağını açıqlayıb. AKOM-un qiymətləndirmələrinə görə, çərşənbə günü səhər saat 07:00-dan etibarən Avropa Yaxasının qərb rayonlarında (Başakşehir, Büyükçekmece, Arnavutköy, Silivri və Çatalca) qar yağışı başlayacaq. Günorta saatlarından başlayaraq isə Anadolu Yakasının şərq rayonlarında (Şilə, Kartal, Pendik və Tuzla) güclü qar təsirli olacaq.
Meteoroloqların məlumatına görə, İstanbul Sibirdən gələn soyuq dalğanın təsiri altındadır. Qar yağdıqdan sonra havanın temperaturunun 3-6 dərəcə isti olacağı, gecələr şaxta və buzlanma riskinin artacağı gözlənilir. Buzlanma Erkən Xəbərdarlıq Sisteminin məlumatlarına görə, hava istiliyinin fevral ayının orta göstəricisindən 3-6 dərəcə aşağı olacağı təxmin edilir.
AKOM vətəndaşları buzlaşmaya və nəqliyyatda mümkün çətinliklərə qarşı xüsusilə diqqətli olmağa çağırıb. Səlahiyyətlilər zərurət olmadıqca şəxsi nəqliyyat vasitələrinin istifadəsindən qaçınılmalı və ictimai nəqliyyata üstünlük verilməli olduğunu bildirib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...