İstanbul sahillərində qayıq estakada ilə toqquşaraq batıb, 10 nəfər xilas edilib
İstanbul sahillərində qayıq estakada ilə toqquşduqdan sonra batıb, xilasedicilər on sərnişini təxliyə edə bilib.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi məlumat yayıb.
Hadisə İstanbulun Asiya tərəfindəki Kadıköy sahillərində baş verib.
"Gəmi “Haydarpaşa” estakadası ilə toqquşub və sürətlə batmağa başlayıb, göyərtədə olanlar kömək istəyib. Xilasedicilərimiz qayıqda olan on sərnişini təxliyə ediblər", - deyə idarədən bildirilib.
Hadisə nəticəsində sərnişinlərin xəsarət almadığı qeyd edilir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...